“Mançester Siti” klubunun hücumçusu Qabriel Jesus karyerasını London “Arsenal”ında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “şəhərlilər" 25 yaşlı futbolçunu 2023-cü ilin yayında pulsuz buraxmamaq üçün yay transfer pəncərəsində onu satmağa hazırdır.

Qabriel Jesus bu mövsüm MS ilə 39 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.