İspaniyanın "Barselona" klubu heyətini "Liverpul"un əsas futbolçularından biriylə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Daily Mirror"a istinadla xəbər verir ki, söhbət "qırmızılar"ın misirli hücumçusu Məhəmməd Salahdan gedir. Kataloniya təmsilçisi 29 yaşlı forvardın keçidini həll etmək üçün danışıqlar prosesinə start verib.

"Barselona"nın baş məşqçisi Xavi Ernandes yayda misirlini sərəncamında görəcəyinə ümid edir. 

"Liverpul" isə bu mövsümün sonunda klubla müqaviləsi bitəcək olan Salahla yeni sözləşmə imzalamaq barədə qərar verməyib.

Qeyd edək ki, Salah 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir.