"Mançester Yunayted" Kristian Erikseni heyətinə qatmaq niyyətindədir.

 Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçi Erik ten Haq 30 yaşlı danimarkalı yarımmüdafiəçini növbəti mövsümdən komandasında görmək niyyətindədir. Onun hazırkı kubu "Brenford"la müqaviləsi yayda başa çatır.

Qeyd edək ki, Eriksenin keçən il Avropa çempionatında keçirilən Finlandiya ilə matçda ürəyi dayanmışdı. Bir müddət futbolsuz qalan oyunçu əvvəlki formasına qayıtmaqdadır.