İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Antonio Konte komandadan ayrılmaq istəyir.
Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis Fransa PSJ-sini çalışdırmaq niyyətindədir. O, artıq bununla bağlı agentini məlumatlandırıb.
Qeyd edək ki, Konte 2021-ci ildən Premyer Liqa təmsilçisinin "sükanı arxasındadır".