Nemanya Matiç mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı serbiyalı yarımmüdafiəçi bu barədə "instaqram" hesabında məlumat verib: "Bu mövsümün sonu “Mançester Yunayted”dən ayrılmağa qərar verdim. Qərarımı klub rəhbərliyinə, baş məşqçiyə və komanda yoldaşlarıma bildirdim. Bu klubda oynamaq böyük şərəfdir. Davamlı dəstəyiniz üçün azarkeşlərə təşəkkür edirəm. Mövsümün sonuna qədər əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Matiç 2017-ci ildən "qırmızı şeytanlar"da çıxış edir.