"Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahla müqaviləsinin müddətini uzadır.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 29 yaşlı forvardla danışıqlar masasına oturub.
"Qırmızılar" Salaha həftəsinə 400 000 funt sterlinqlik sövdələşmə təklif edir. Misirli isə bu məbləğin artırılaraq 500 000 funt olmasını tələb edir. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.
Əgər bu baş tutsa, Salah dünyanın ən çox qazanan futbolçusu olacaq.
Qeyd edək ki, futbolçu, 2017-ci ildən "Liverpul"da çıxış edir.