"Mançester Yunayted" klubunun baş məşqçisi Ralf Ranqnik komandanın "Ayaks"ın çalışdırıcısı Erik Ten Haqla danışıqlar apardığını təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, o, bununla bağlı söyləyib: "Mançester Yunayted"in danışıqlar apardığı məşqçilərin olduğunu bilirəm. Onların hamısı yüksək səviyyəli mütəxəssislərdir. Onların arasında Erik Ten Haq da var. Bu barədə daha heç nə deyə bilmərəm. Mən mümkün yeni məşqçilər haqqında danışmayacağam".

Qeyd edək ki, Ranqnik 2021-ci ilin dekabrından "Mançester Yunayted"i çalışdırır.