İngiltərənin “Lids Yunayted” klubu "Barselona"nın futbolçusu Rafinya üçün göndərdiyi təklifi rədd edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı hücumameylli oyunçu üçün 35 milyon avro təklif edib. Lakin bu, Premyer Liqa təmsilçisini qane etməyib. “Lids” rəhbərliyinin tələbi 75 milyon avro olub.

Qeyd edək ki, “Lids Yunayted”lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Rafinya daha bir neçə klubun maraq dairəsindədir.