"Lester"in hücumçusu Ceymi Vardi rekorda imza atıb.

Offsideplus.az  xəbər verir ki, 35 yaşlı futbolçu ölkə çempionatında "Börni"yə qalib gəldikləri ( 2;0 ) qarşılaşmada bunu bacarıb. Belə ki, forvard 30 yaşından sonra vurduğu qolların sayını 94-ə yüksəldib. O, bununla da "Arsenal"ın sabiq hücumçusu İan Raytı geridə qoyub.

Raytın aktivində 30 yaşdan sonra 93 qol var.

 Qeyd edək ki, Vardi bu mövsüm Premyer Liqada 17 qarşılaşmada 10 qolu var.