"Çelsi" heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

 Offsideplus.az "The Mirror"a istinadən xəbər verir ki, London klubu "Brayton"un 27 yaşlı müdafiəçisi Adam Vebster üçün danışıqlara başlayacaq.

Bildirilib ki, "zadəganlar" ingilis futbolçunu uzun müddətdir yaxından izləyir.

Qeyd edək ki, Vebster 2019-cu ildən "Brayton"da çıxış edir.