"Liverpul" klubunun əsas futbolçuları Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasının 25-ci turunda "Lester"ə qarşı oynamayacaqlar.
Offsideplus.az xəbər verir ki, bu barədə "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp məlumat verib. O bildirib ki, misirli hücumçu artıq komanda ilə məşqləri bərpa edib, lakin “Lester"Ə qarşı oynamağa hazır olmayacaq.
Seneqal millisinin üzvü Mane yığmanın olduğu düşərgədən hələ də Liverpula gəlməyib.