"Liverpul"un futbolçusu Takumi Minamino gələcək karyerası barədə danışıb.

 Offsideplus.az xəbər verir ki, 27 yaşlı yaponiyalı oyunçu "LFC TV"yə açıqlamasında "mersisaydlılar"da qalmaq istədiyini vurğulayıb:

"Liverpul"da oynamaq mənim uşaqlıq xəyalım idi. Klubun ilk asiyalı futbolçusu olduğum üçün çox xoşbəxtəm. Burada çox şey etmək istəyirəm və hazırkı durumumdan razı deyiləm".

Qeyd edək ki, Minamino 202--ci ilin yanvarından "Liverpul"da çıxış edir.