"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq Ərəbistan klubunun hədəfindədir.

 Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" 32 yaşlı qabonlu hücumçunu icarə əsasında heyətinə qatmaq istəyir. Lakin adıçəkilən oyunçu karyerasını avropada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, baş məşqçi Mikel Arteta ilə araları yaxşı olmayan Obameyanq bu mövsüm 15 matçda meydana çıxıb və 7 qol, 2 məhsuldar ötürmə edib.