"Aston Villa" qapıçısı Emiliano Martineslə müqaviləni yeniləyib.

 Offsideplus.az "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı argentinalı qolkiperlə 2027-ci ilədək yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Argentina millisinin üzvü 2020-ci ildə "Arsenal"dan 17 milyon funt-sterlinqə "Aston Villa"ya keçib.