İtaliyanın “İnter” klubundan ayrılan və hazırda azad agent olan danimarkalı yarımmüdafiəçi Kristian Eriksen karyerasını İngiltərədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçunun Premyer Liqanın bir klubu ilə danışıqlar apardığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.
Həmin klubun adı açıqlanmayıb.
Xatırladaq ki, AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub.