"Aston Villa" heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Everton"da çıxış edən fransalı müdafiəçi Lukas Dini transfer edib.

"Aston Villa" bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lukas Din 2018-ci ildən "Everton"da çıxış edir. O, Fransa yığmasının heyətində 43 matçda meydana çıxıb.