İran millisinin hücumçusu Sərdar Azmun "Nyukasl"a keçəcək.

 Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 27 yaşlı futbolçu ilə razılıq əldə etməyə çox yaxındır.

Azmunun "Zenit"lə sözləşməsi sezon sonunda başa çatır.

Qeyd edək ki, İran millisinin üzvü 2019-cu ilin fevralından Sankt-Peterburq təmsilçisində top qovur.