"Kristal Palas"ın baş məşqçisi Patrik Vieyra koronavirusa yoluxub.

 Offsideplus.az xəbər verir ki, 45 yaşlı fransalı çalışdırıcının testi müsbət çıxıb.

Qeyd edək ki, Vieyra bu gün keçiriləcək "Tottenhem"lə maçta texniki zonada ola bilməyəcək.