“Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq istəyir.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" 29 yaşlı hücumçuya illik 29 milyon avro qazanacağı müqavilə təklif etməyi düşünür.
Premyer Liqa təmsilçisi bu şərtlərlə Salahla yeni sözləşmə imzalasa, o, Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq.
Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.