"Vest Hem" Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.
Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "çəkiçdöyənlər" 20 yaşlı gürcüstanlı futbolçu üçün klubu "Rubin"lə ( Kazan ) danışıqlar aparır.
Xviça ilə "Everton" və "Sauthempton"da yaxından maraqlanır.
Qeyd edək ki, adıçəkilən hücumçu 2019-cu ildən Kazan təmsilçində çıxış edir. O, bu mövsüm 17 maçta 1 qol və 3 məhsuldar ötürmə edib.