"Mançester Yunayted"in qapıçısı David de Xea üçün ötən gecə Premyer Liqadakı "Norviç"lə ( 0:1 ) matç əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiper karyerası ərzində 200-cü dəfə qapısında qol görməyib.
Qeyd edək ki, peşakar karyerasına yetirməsi olduğu "Atletiko"da ( Madrid ) başlayan qolkiper 2011-ci ildə "qırmızı şeytanlar"a keçib.