“Mançester Siti” klubunda noyabrın ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, Bernardo Silva ötən ayın ən yaxşısı seçilib.
27 yaşlı portuqaliyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir.