"Lids" "Çelsi"nin futbolçusu Ross Barklini transfer etmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, klub, 28 yaşlı yarımmüdafiəçini qışda icarəyə götürməyi planlayır.

Adı çəkilən oyunçu 2013/2014 mövsümünündə də "Lids"də icarədə olub.

Qeyd edək ki Barkli 2018-ci ilin yanvarından "zadəganlar"ın şərəfini qoruyur.