UEFA  Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Bazel"in forvardı Artur Kabral "Nyukasl"a keçə bilər.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı "sambaçı" ilə "sağsağanlar" yaxından maraqlanır.

Brazilyalı hücumçunu "Barselona" və "Vest Hem"də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Kabral bu mövsüm "Bazel"lə 26 maçta 25 qol, 8 məhsuldar ötürmə edib.