"Mançester Yunayted" klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Moskva "Lokomotiv"inin idman və inkişaf departamentinin rəhbəri Ralf Ranqniklə razılığa gəlib.

Belə ki, o, mövsümün sonuna kimi komandanın müvəqqəti baş məşqçisi olacaq, bundan sonra iki il klubun strukturunda çalışacaq.