"Lids" qışda heyətinə yeni futbolçu qata bilər.

Offsideplus.az xəbər verir ki, "tovuzquşuları" "Çelsi"də çıxış edən Ross Barklini yanvarda transfer etmək niyyətindədir. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm sadəcə, 8 maçta meydana çıxa bilib.

Qeyd edək ki, Barkli 2018-ci ildən "zadəganlar"ın şərəfini qoruyur.