İngiltərə çempionatının növbəti ilinin təqvimi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 2022/2023 sezonu gələn ilin avqustun 6-da başlayacaq. Mövsüm isə 2023-cü il mayın 28-də sona çatacaq. Gələn il 16-cı turun oyunlarından sonra, DÇ-2022-yə görə "dumanlı albion"da fasilə olacaqdır.

Qeyd edək ki, Qətərdə keçiriləcək olan dünya kuboku 2022-ci il noyabrın 21-də başlayıb, dekabrın 18-də yekunlaşacaq.