"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek agentini dəyişib.
Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu "qırmızı şeytanlar"dan ayrılmaq istədiyi üçün bu addımı atıb.Van de Bek əsas heyətə düşə bilmədiyi üçün narazıdır. Futbolçu yayda "Everton"a icarəyə getmədiyi üçün peşmandır. Buna görə də yarımmüdafiəçi klubunu dəyişmək qərarına gəlib. Keçmiş agenti Quido Albersin əvəzləyəcək agent isə Ali Dursun olub. Ali həm də "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun agentidir.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm ümumilikdə komandası ilə 3 maçta meydana çıxıb.