"Liverpul" klubu misirli ulduzu Məhəmməd Salah ilə müqaviləni uzatmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu yeni sözləşmə üçün "mersisaydlılar"dan həftəlik 500 min funt sterlinq istəyir. Bu da illik 26 milyon sterlinq ( 30 milyon avro) edir. Əgər "Liverpul" bu şərtləri qəbul edərsə, Salahın günlük qazanacağı məbləğ 71 min sterlinq (85 min avro) olacaq.
Qeyd edək ki, hazırda Salah illik 10.5 milyon sterlinq qazanır.