İngiltərənin "Nyukasl Yunayted" klubu heyətini ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"nın fransalı hücumçusu Usman Dembeleni transfer etmək niyyətindədir.

Belə ki, Kataloniya klubu 24 yaşlı oyunçuya maaşının kəsilməsi şərti ilə yeni müqavilə təklif edib. "Nyukasl"ın yeni sahibləri isə bu vəziyyətdən istifadə etməyi düşünürlər. İngiltərə klubu Dembeleyə ilinə 15 milyon avro qazanacağı 5 illik müqavilə təklif edib. Bundan əlavə, "Nyukasl" fransız futbolçunun kluba pulsuz qoşulacağı təqdirdə, Dembeleyə 15 milyon avroluq imza bonusu ödəməyə hazırdır.

Qeyd edək ki, adıçəkilən futbolçu 2017-ci ildən "Barselona"da çıxış edir.