"Liverpul” klubunun futbolçusu Loris Karius 2018-ci ildə Çempionlar Liqasının “Real”la final matçında etdiyi səhvlərə görə onu tənqid edənlərə cavab verib.
Offsideplus.az xəbər verir ki, alman qapıçı “Liverpul”un bəzi azarkeşlərini axmaq adlandırıb:
“Sosial şəbəkədə bəzi axmaqlar var. Onlar heç vaxt həqiqi azarkeş olmayıb. “Liverpul” azarkeşləri nə olur olsun, hər zaman futbolçunun arxasında durur”.
Qeyd edək ki, “Liverpul” 2018-ci ildə ÇL-in finalında “Real”a 1:3 hesabıyla məğlub olub. Mersisayd təmsilçisinin qapıçısı Karius sözügedən oyunda iki ciddi səhvə yol verib.