İngiltərənin 'Stok Siti" klubunun yetirməsi olan türk əsilli Emre Tezgel "Mançester Yunayted"ə transfer oluna bilər.

Offsideplus.az xəbər verir ki, 16 yaşlı futbolçu göstərdiyi oyunla "qırmızı şeytanlar"ın "radarına" düşüb.

Qeyd edək ki, İngilitərənin U-17 millisində 3 oyun keçirən Tezgel 4 qol vurmağı bacarıb.