"Mançester Yunayted" klubunun uruqvaylı hücumçusu Edinson Kavani zədəsini tam sağaldıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, 34 yaşlı forvardın İngiltərə Premyer Liqasının növbəti turunda " Aston Villa" ilə matçda oynamağa hazır olduğunu deyib.

Qeyd edək ki, Kavani zədə səbəbindən bu mövsüm Premyer Liqada cəmi 1 oyuna çıxıb.