Kriştiano Ronaldonun "Mançester Yunayted"ə qayıtmasından sonra "qırmızı şeytanlar"ın hücumçusu Edinson Kavani komandanı tərk etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı uruqvaylı forvard artıq qış transfer dönəmində yeni kluba keçmək niyyətindədir.
Buna səbəb isə onun daha çox oyunda forma geyinmək istəməsidir.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2020-ci ildə "Mançester Yunayted"ə keçib. Onun hazırki müqaviləsinin müddəti 2022-ci ilin iyununa qədərdir.