İtaliyalı baş məşqçi Antonio Konte İngiltərənin "Arsenal" komandasının sükanı arxasına keçə bilər.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi artıq 52 yaşlı mütəxəssislə müqavilə şərtlərini razılaşdırıb.

Nəşr Mikel Artetanın növbəti 3 oyunda qalib gələ bilməyəcəyi təqdirdə qovulacağını yazıb.

Qeyd edək ki, "Arsenal" İngiltərə Premyer Liqasında 3 turdan son xal qazana bilməyib.