“Neftçi” klubunun futbolçusu Mamadu Kane Yunanıstana yollanıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı qvineyalı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Atinaya yola düşüb.
Sözügedən komandanın Kane ilə 4 illik müqavilə imzalayacağı gözlənilir. "Olimpiakos" bu keçid üçün "Neftçi"yə 300 min avro ödəyəcək.
Qeyd edək ki, Kane 2019-cu ildən "ağ-qaralar"ın formasını geyinir.