İspaniyanın "Real Madrid" klubu futbolçusu Martin Edeqorla vidalaşıb.

Offsideplus.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi İngiltərə "Arsenal"ına keçib.

Onun transferinin detalları açıqlanmayıb. "Topçular"ın norveçli oyunçu üçün 30 milyon avro ödədiyi iddia edilir.

Qeyd edək ki, Martin Edeqor 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasənda "Arsenal"da keçirib.