"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "zadəganlar" Romelu Lukakunu transfer edib. İngiltərə klubu Belçika millisinin üzvü üçün "İnter"ə 115 milyon avro ödəniş edib. Bu klub tarixi üçün rekord transfer məbləğidir. 

28 yaşlı hücumçu ilə 2026-cı ilədək müqavilə imzalanıb. O, illik 12 milyon avro maaş alacaq. 

WhatsApp Image 2021 08 12 at 21.12.13