"Çelsi" klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi sabiq hücumçusu Romelu Lukakunu yenidən mavi rəngə boyayıb. İtaliya mətbuatı "zadəganlar"ın 28 yaşlı forvard üçün "İnter"ə 115 milyon avro ödədiyini yazıb.

Transferin yaxın saatlarda rəsmən elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"də çıxış edib.