"Mançester Siti" "Aston Villa"nın ulduzu Cek Qrilişi heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı vinger "şəhərlilər"ə transfer olunub. İngiltərə millisinin üzvü ilə 2026-cı ilədək müqavilə imzalanıb. "Siti" Qriliş üçün "Aston Villa"ya 100 milyon funt-sterlinq ödəyib. Cek "10" nömrəli formanı geyinəcək.

Bununla da, Qriliş Pol Poqbanın transfer rekordunu qırıb. Ona qədər Britaniyada ən yüksək məbləğli transfer Poqbanın 2016-cı ildə 89 milyon funt sterlinqə "Yuventus"dan "Mançester Yunayted"ə keçidi olub.

Rekor transfer: Grealish resmen Manchester City'de