"Mançester Siti" Cek Qrilişi heyətinə qatmağa çox yaxındır. 

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, "şəhərlilər" İngiltərə millisinin üzvü üçün "Aston Villa"ya 100 milyon funt sterlinq (139 milyon dollar) ödəyəcək. Klub 25 yaşlı vingerin keçidini bitirmək üzrədir. 

Qeyd edək ki, 100 milyon funt-sterlinq dəyərində olan bu transfer Britaniya rekordudur. Buna qədər ən yüksək transfer Pol Poqbanın 2016-cı ildə 89 milyon funt sterlinqə "Yuventus"dan "Mançester Yunayted"ə keçidi olub.