İngiltərənin "Mançester Siti" klubu heyətini yeni forvardla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Aston Villa"nın futbolçusu Cek Qrilişi transfer etmək niyyətindədir. Məlumata görə, klub baş məşqçi Pep Qvardiolanın heyətində görmək istədiyi Qriliş üçün qarşı tərəfə 100 milyon funt-sterlinq ödəməyə hazırdır. 

Bir müddət əvvəl "Aston Villa"nın məvacibini yüksəltmək şərti ilə oyunçuya yeni müqavilə təklif etdiyi bildirilirdi. 

"Aston Villa"nın yetirməsi olan ingiltərəli oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.