İngiltərənin "Arsenal" klubu futbolçusu Qranit Caka ilə bağlı yekun qərarını verib.
Offsideplus.az xəbər verir ki, "topçular" 28 yaşlı futbolçunu komandada saxlamağa qərar verib. Məlumata görə, klub yarımmüdafiəçiyə 2025-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edəcək. Həmçinin yeni müqavilə ilə təcrübəli futbolçunun məvacibi artırılacaq.
Bir müddət əvvəl "Arsenal" "Roma"nın Caka üçün 15 milyon avroluq təklifindən imtina etmişdi.
2016-cı ildən "Arsenal"ın şərəfini qoruyan futbolçunun müqaviləsi 2023-cü ildə başa çatır.