"Liverpul" ulduz futbolçusu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Trent Aleksander-Arnoldla razılaşdırılan yeni anlaşma 2025-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, 23 yaşlı müdafiəçi "Liverpul"un yetirməsi sayılır və 2016-cı ildən əsas komandada çıxış edir. O, mersisaydlıların heyətində İngiltərə çempionu olub, Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.