"Arsenal" Premyer Liqanın səs-küylü transferini reallaşdırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ben Uayt bundan sonra London təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə bağlanıb. "Sky Sports"un məlumatına görə, "Arsenal" keçidə görə "Brayton"a 50 milyon funt (58 milyon avro) ödəyəcək. O, yeni komandasında "4" nömrə altında mübarizə aparacaq.
Qeyd edək ki, Ingiltərə millisinə də dəvət alan Uayt ötən mövsüm "Brayton"un heyətində 39 oyunda meydana çıxmışdı.