İngiltərə millisinin sabiq futbolçusu, "Derbi"nin hazırkı baş məşqçisi Ueyn Runinin yayılan fotoları haqda məlumat vermişdik.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis şəkillərin hansı vəziyyətdə çəkilməsi barədə danışaraq, əməlinə görə üzr istəyib. Runi "Sky Sports"a açıqlamasında bunları deyib: "Səhvi iki dostumla birgə əyləncəli gecəyə gedəndə buraxmışdım. Yayılan şəkillərə görə ailəmdən və klubdan üzr istəyirəm. Və bu hadisənin keçmişdə qalmasını istəyirəm. "Derbi" rəhbərliyinə isə klubun əvvəlki əzəmətini qaytarmasına və bizə hər cür şərait yaratmasına görə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Runinin yarıçılpaq qızlarla fotoları yayılmışdı.