Rafael Varanın "Mançester Yunayted"lə müqavilə bağlaması an məsələsidir.
Offsideplus.az xəbər verir ki, "Real"la İngiltərə təmsilçisi arasında xeyli vaxtdır davam edən danışıqlar həlledici mərhələyə çatıb. Bu barədə tanınmış jurnalist Mohamed Buxafsi "tvitter" səhifəsində məlumat yayıb. Həmkarımız məlum transferə bu həftənin sonuna qədər nöqtə qoyulacağını yazıb.
Qeyd edək ki, keçid baş tutsa, "Mançester Yunayted" buna görə "Real"a 50 milyon avro ödəyəcək.