"Mançester Yunayted" çoxdan gözlənilən transferi bir neçə saat öncə rəsmiləşdirdi. 

Offsideplus.az xəbər verir ki, Ceydon Sanço bundan sonra "qırmızı şeytanlar"ın uğurları üçün tər tökəcək. Dortmund "Borussiya"sından transfer olunan yarımmüdafiəçinin yeni komandasında daşıyacağı nömrə də məlumdur. O, "25"i seçib.

Qeyd edək ki, ötən mövsüm bu nömrə altında icarə əsasında "Mançester Yunayted"in şərəfini qoruyan Odion İqalo çıxış edirdi.