İngiltərənin “Liverpul” klubunun zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Vircil Van Daykdan sonra “qırmızılar”ın digər zədəliləri Joel Matip və Trent Aleksander-Arnold da məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bundan başqa, Co Qomes də zədəsini sağaldaraq, fərdi məşqlərə start verib.