“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klub saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib. 21 yaşlı niderlandlı qolkiperlə imzalanmış müqavilənin müddəti və maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, “Emmen”in yetirməsi olan Kyell, 2019-cu ildə “Ayaks”a transfer olunan futbolçu son mövsümdə 4 oyunda forma geyinib.